İstanbulda baş verən, bütün Türkiyəni qana bulayan terror olayına dünya ulduzları da biganə qalmayıblar. Onlar Türkiyə Respublikasına dəstək nümayiş etdiriblər. Tanınmışlar öz Instagram səhifələrində bütün türk xalqına başsağlığı verib, terroru lənətləyiblər.

ANS PRESS-in verdiyi məlumata görə, sosial şəbəkələrdə “İstanbul”, “başımızsağolsun”, “terorulanetleyiruz”, “PrayforIstanbul” həştəqləri ilə yazılar, şəkillər paylaşılıb.

Bir neçə gün öncə Bakıda konsert verən, dünya şöhrətli müğənni Enrike İqlesias öz səhifəsində belə yazıb: “Mənim ürəyim İstanbulladır. Mənim düşüncələrim, dualarım bu qorxunc olaydan əziyyət çəkən, ümumiyyətlə dünyada bu kimi vəhşiliklərə məruz qalan hər kəslədir”.

Daha bir dünya şöhrətli ulduz Madonna da Türkiyənin İstanbul şəhərində baş verən terror hadisəsi ilə bağlı öz təəssüfünü bildirib. O, “Bir-birmizi sevmək niyə bu qədər çətindir?” yazaraq Türkiyə və İstanbula dua etdiyini qeyd edib.

Pray For Istanbul 🙏🏻 Pray For Turkey 💔. Why’s It So Hard To Love One Another?

Фото опубликовано Madonna (@madonna)

Rus əsilli, cazibədar model İrina Şeyk də İstanbulla bağlı öz üzüntüsünü dilə gətirib: “Yenə terror! Nə qədər uşaq, ana, ata və qardaş öləcək? Nə qədər ağlayacağıq?”

Repost @mertalas: “Yine teror ! Daha nekadar cocuk , ana , baba ve kardes olucek? Nekadar agliycaz? #prayforistanbul”

Фото опубликовано irinashayk (@irinashayk)

Dünya məşhurları ilə yanaşı, Türkiyənin və Azərbaycanın tanınmış simaları da terroru lənətləyiblər. Onlar arasında Hadisə, Hakan Şükür, Gülben Ergen, Sibel Can, Ebru Gündeş və başqaları var. Məşhurlar “Yenə canımız yandı. Yenə canlarımız getdi. Bu son olsun artıq”… kimi ifadələrlə öz acılarını dilə gətiriblər.

Azərbaycan məşhurları da qardaş ölkədə Atatürk hava limanında terror hadisəsi nəticəsində ölənlərin yaxınlarına başsağlığı, yaralananlara isə şəfa arzulayıblar. Onlar içərisində Xoşqədəm Hidayətqızı, Sevda Yəhyəyeva, Emil Bədəlov, Elza Seyidcahan, Kamil Zeynallı, Namiq Qaraçuxurlu və digərləri var. “Allah rəhmət eləsin! Dünyasını dəyişənlərə cənnət qismət olsun! Yaxınları bu sınaqdan üzü ağ çıxsın! Bu əhya gecəsində dua etməkdən başqa əlimizdən heç nə gəlmir…” kimi ifadələrlə qonşu ölkəyə başsağlığı veriblər.

Trampdan İstanbul aeroportundakı faciə ilə bağlı açıqlama

Amerika Birləşmiş Ştatları prezidentliyi uğrunda mübarizə aparan respublikaçı siyasi lider Donald Tramp Türkiyədə törədilən terror aktını tənqid edib. ANS PRESS-in CBSN-ə istinadən verdiyi məlumatına görə, Ohayo ştatında çıxışı zamanı Tramp hadisənin dəhşətli olduğunu bildirib.

Yaralılardan və həyatını itirənlərdən xəbərdar olduğunu bildirən D.Tramp terroru pisləyib. Amerikanı belə vəziyyətdə daha ağıllı və güclü olmağa çağırıb.


Donald Trampın İstanbul hava limanındakı terraktla bağlı danışığı

“Mən Amerikanı, bu ölkənin infrastrukturunu yenidən qurmaq istəyirəm. Lakin bunu etməzdən əvvəl biz İŞİD məsələsini həll etməliyik. Və onu da qeyd edim ki, İŞİD meşə yanğını kimi sürətlə yayılır. İŞİD sizin gəncliyinizi, insanlarınızı əlinizdən alır. Onlar interneti bizdən daha yaxşı istifadə edirlər. Onlar insanları İŞİD-ə qoşulmağa vadar edirlər”
Öz Twitter səhifəsində də bu haqda susmayan Donald Tramp baş vermiş hadisəyə çox üzüldüyünü bildirib.

İstanbul şəhərinin Atatürk hava limanında törədilən terror aktı nəticəsində 36 nəfərin öldürüldüyü, 150-ə yaxın insanın yaralandığı bildirilir. Hücumda İŞİD silahlılarının əli olduğu ehtimal edilir.

“Terrorçulardan biri əlindəki “Kalaşnikov” silahı ilə insanlara atəş açaraq X Ray cihazını keçib. Daha sora üzərindəki bombanı partladacağını deyərək insanlaraı təşvişə salıb. Çıxışa doğru qaçan təşviş içində olan kütləni digər terroçu qarşılayıb və üzərindəki bombanı partladıb”, – deyə Atatürk Hava Limanının rəsmisi Mustafa Kalender bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın