Dünyanın ən varlı futbolçuları Kristiano Ronaldo, Leonel Messi

Real Madriddən Kristiano Ronaldo və Barselonalı Leonel Messi dünyanın ən varlı futbolçuları siyahısına başçılıq edir. Bu informasiya ABŞ-ın nüfuzlu Forbes jurnalının hazırladığı reytinq cədvəlində göstərmişdir.

Forbes jurnalının yazdığına görə, Ronaldonun saçları təmizdir (Clear), alt geyimi və şalvarları öz adına olan brenddəndir. Ayaqqabısı Nike, kostyumu Sacoor Brothers, saatı Tag Heuer, qulaqlıqları Monster, əzələləri Sixpad Training Gear və bədəninin bütün qalan parçaları Herbalife markası ilə yığılmışdır. Daha öncə xəbər verdiyimiz kimi Ronaldo Türk Telekomun 4.5G reklamında da çəkilmişdi.

31 yaşlı portuqaliyalı futbolçunun ümumilikdə illik gəliri 82 milyon dollar təşkil edir. Ən çox pul qazanan futbolçuların reytinqində Barselonanın argentinalı hücumçusu Lionel Messi ikinci (77 milyon dollar), PSJ-nin futbolçusu Zlatan İbrahimoviç isə üçüncü (37 milyon dollar) olub.

İlk onluqda, həmçinin Neymar (Barselona), Qaret Beyl (Real Madrid), Ueyn Runi (Mançester Yunayted), Serxio Aquero (Mançester Siti), Luis Suares (Barselona), Eden Azar (Çelsi) və Sesk Fabreqas (Çelsi) yer alıb.

Dünyanın  ən varlı 20 futbolçusunun siyahısı belədir:

1. Kriştiano Ronaldo (Real Madrid) –  82 milyon dollar
2. Lionel Messi (Barselona) – 77 milyon
3. Zlatan İbrahimoviç (PSJ) – 37 milyon dollar
4. Neymar (Barselona) – 36 milyon dollar
5. Qaret Beyl (Real Madrid) – 34 milyon dollar
6. Ueyn Runi (Mançester Yunayted) – 26 milyon dollar
7. Serxio Aquero (Mançester Siti) – 24 milyon dollar
8. Luis Suares (Barselona) – 23 milyon dollar
9. Eden Azar (Çelsi) – 22 milyon dollar
10. Sesk Fabreqas (Çelsi) – 21 milyon dollar

11. Xames Rodriqes (Real Madrid) – 21 milyon dollar
12. Yaya Ture (Mançester Siti) – 20 milyon dollar
13. Radamel Falkao (Çelsi) – 19 milyon dollar
14. Tiaqo Silva (PSJ) – 18 milyon dollar
15. Məsut Özil (Arsenal) – 18 milyon dollar
16. Bastian Şvaynştayqer (Mançester Yunayted) – 18 milyon dollar
17. Anxel di Mariya (PSJ) – 18 milyon dollar
18. Robin van Persi (Fənərbaxça)– 17 milyon dollar
19. David Silva (Mançester Siti) – 17 milyon dollar
20. Samir Nasri (Mançester Siti) – 15 milyon dollar

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir