Braziliyalı hücumçu Neymar Beynəlxalq İdman Araşdırma Mərkəzinin (CIES) versiyasına əsasən dünyanın ən bahalı hücumçusu seçilib. Neymarla birlikdə İspaniyanın Barselona Futbol Klubunun daha 2 hücumçusu – Lionel Messi və Luiz Suares də ilk onluqda yer alıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi xəbərə görə, bununla bağlı bazar ertəsi, yanvarın 16-da, football-observatory.com saytı yazıb.

Braziliyalı ulduz futbolçu Neymarın transferi 246,8 milyon avro dəyərində qiymətləndirilir. İlk üçlüyə eyni zamanda Barselonanın başqa hücumçusu Lionel Messi (170,5 milyon avro) və Mançester Yunaytedin yarımmüdafiəçisi Pol Poqba (155,3 milyon avro) düşüb.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) versiyasına görə 2016-cı ilin ən yaxşı futbolçusu adını qazanmış və “Qızıl Top” ödülünü qazanmış Real Madridin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda yalnız yeddinci pillədə qərarlaşıb (126,5 milyon avro).

Qeyd edək ki, ilk onluqda Antuan Qrizmann (Atletiko), Luiz Suares (Barselona), Harri Keyn (Tottenhem), Paulo Dibala (Yuventus), Dele Alli (Tottenhem) və Eden Azarın (Çelsi) da adı var.

Beynəlxalq İdman Araşdırma Mərkəzi reytinqin hazırlanmasında futbolçuların statistik göstəricilərini, oyun vaxtını, yaşını və anlaşmalarını diqqətə alıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın