Dünyanı Mat Qoyan Yeni Valyuta – Bitcoin Necə Almaq Olar?

Virtual valyuta bitkoin (bitcoin) Asiya birjasında 4,4 faiz bahalaşaraq 10 379,53 dollar olub. Bitkoinin bazar dəyəri isə 176 milyard dolları ötüb. Bütün dünyada maraqla qarşılanan bu virtual valyutanı Azərbaycan vətəndaşları necə əldə edə bilər?

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Oxu.Az-a açıqlamasında bildirdi ki, kriptovalyutanın Azərbaycanda istifadəsinə hər hansı qadağa yoxdur. Ölkə vətəndaşları bu valyutanı əldə edə bilər: “Virtual valyutanı əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək mümkündür. Bitkoindən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən sifariş həyata keçirmək olur. Bu kriptovalyutanın  yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş verdiyi halda sonradan daha yüksək dəyərlə nağdlaşdırmaq olar”.

R.Həsənov deyir ki, bitkoinin başqa valyutalardan fərqi zəmanətliliyin aşağı səviyyədə təmin olunmasındadır: “Buna baxmayaraq, bitkoinin arxasında hər hansı Mərkəzi Bank, ölkə dayanmır. Bitkoin maliyyə mütəxəssisləri tərəfindən mübahisəli qarşılanır. Nəzərə alsaq ki,  Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf edib, o baxımdan bitkoinin Azərbaycanda alışı, satışı, valyuta kimi tədavüldə olmaması normaldır. Bitkoinin dünyada dövriyyəsi 178 milyard dollar qiymətləndirilir. Bu da yüksək rəqəm deyil. Buna baxmayaraq, son dövrlərin ən çox müzakirə edilən valyuta növüdür”.

Ekspert bildirir ki, Azərbaycanda bitkoinə maraq aşağıdır. Bunun səbəblərindən biri də məlumatların azlığıdır: “Azərbaycan Mərkəzi Bankı da məsələdə gözləmə mövqeyi tutub. Azərbaycanın valyuta bazarlarında peşəkar iştirakçılığının zəif olması bu istiqamətdə risklərdən qorunma ehtimalını aşağı salır”.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələrə başlanılması, qanunvericiliyin formalaşdırılması kimi məsələlər gündəmə gətirilməlidir. Bundan sonra valyuta bazarında bitkoinin istifadəsi genişlənə bilər: “İndi çox az azərbaycanlı var ki, bitkoinə yatırım edib, qiymət bahalaşmasından müəyyən qədər qazanıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) kriptovalyutalarla bağlı mövqeyi konservativdir. MB sədri Elman Rüstəmov bildirib ki, kriptovalyuta paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir