Dünyada koronavirusa yoluxanların sayı bir milyonu ötdü

Dünya üzrə koronavirus (COVID-19) pandemiyasına yoluxanların sayı artıq bir milyonu ötüb. Bu virusdan ölənlərin sayı isə son rəqəmlərə görə 51 633 nəfərdir.

Son sutkanın rekord göstəricisi yenə İtaliyada qeydə alınıb. Burada bir gün boyunca 13 915 nəfər koronavirusa yoluxub. 760 nəfər isə bu səbəbdən vəfat edib. 

İtaliyada hətta COVID-19-a yoluxan tibb işçilərinin toplam sayı 10 min nəfəri keçib. Yerli xəstəxanalarının tibb işçiləri birliyi “Anaao-Assomed” bununla bağlı statistikanı açıqlayıb.

Həmin məlumatlara görə, yoluxmuş tibb işçilərinin haradasa 20 faizi həkimlərdir. Onların çoxu indi intensiv terapiya bölmələrində müalicə alır. Bu günə qədər Apennin yarımadasında ölən həkimlərin toplam sayı 69 nəfərdir.

Azərbaycanda bugünə qədər toplam 400 nəfər koronovirusa yoluxub, 5 nəfər ölüb və 26 nəfər sağalıb. Bu gün yoluxan 41 xəstədən səkkiz nəfərin durumu ağır, 11-nin orta ağır və digərlərinin durumu stabildir.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir