Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 4 milyonu ötdü

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı dörd milyonu ötüb. 

Statistikaya görə, dünya üzrə toplam 4 005 665 nəfər COVID-19 daşıyıcısı qeydə alınıb. 

Yoluxanlardan 1 376 105 nəfər sağalsa da, 275 669 nəfər bu virusdan ölüb.

Yoluxma sayına görə ilk yerdə ABŞ (1 318 686), ikinci yerdə İspaniya (260 117), üçüncü yerdə isə İtaliya (217 185) gedir.

Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda 75 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin durumu ağır, 39 nəfərin durumu orta ağır dəyərləndirilir, geridə qalanların səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 181.530 test aparılıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir