Avropa milli domen qeydiyyatçılarını birləşdirən Centr assosiasiyasının 2015-ci ilin son rübünə olan hesabatına əsasən, dünyada 311,5 milyon domen adı qeydiyyata alınıb. Bundan 158,7 milyonu əsas domenlərin payına düşür və .Com domeni Çin üzrə satışların sayəsində daha da genişlənərək əsas domenlər üzrə liderdir.
140,1 milyon domen adı milli domen zonalarında, 10,9 milyon isə yuxarısəviyyəli yeni ümumi domen zonalarında qeydiyyatdan keçirilib, 1,6 milyon isə milli zonalarda beynəlmiləlləşdirilmiş domenlərin sayıdır.
Dünya üzrə Çox Satılmış Ölkə Domenlərinin İlk Onluğu
Ölkə | Domen | Satılmış Domen Sayı (milyonla) |
1. Çin
2. Almaniya 3. Böyük Britaniya 4. Hollandiya 5. Rusiya Federasiyası 6. Avropa Birliyi 7. Braziliya 8. Avstraliya 9. Fransa 10. İtaliya |
.Cn
.De .Uk .Nl .Ru .Eu .Br .Au .Fr .It |
16,4
16,0 10,0 5,6 5,0 3,9 3,7 3,0 2,9 2,9 |
Çinin ölkə domeni olan .Cn 2015-ci ilin son rübündə rekord olaraq 30,8 % artım tempi ilə eyni zamanda ən çox qeydiiyatdan keçirilmiş ölkə domeni kimi ilk pilləyə qalxmışdır.
Hesaba əsasən, 20,8 % göstərici ilə Estoniyanın domen adı .Ee ölkə domenləri arasında artım tempinə görə 2-ci olub. 3-cü ən böyük artım tempi isə (18,1 %) üzdəniraq qonşumuz Ermənistanın .Am domenindədir.
Onu qeyd edək ki, artım tempinə görə sıralamada qeydiyyatdan keçmiş domenlərinin sayı 100 minlər aralığında olan ölkə domenləri diqqətə alınmamışdır. Çünki, belə az sayda qeydiyyatdan keçmiş ölkə domenlərinin artım tempi faizlə böyük rəqəmlər olsa da rəqabət üçün ciddi göstəricilər deyil. Yenə də bildirək ki, 100000-dən çox qeydiyyatdan keçmiş .Ee (Estoniya), .Lv (Latviya) və .My (Malaziya) domenləri böyük artım tempi ilə artmaqdadır.
Statistikada.Tk (Tokelau) kimi pulsuz domen qeydiyyatı təklif edən ölkələr də diqqətə alınmamışdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın milli domen seqmentində isə indiyədək qeydiyyata alınan domenlərin sayı çox az – toplam 24404-dür. Belə ki, .Az domen adının əldə edilməsi aşağıdakı hallarda qadağandır:
– Kiberskvotinq, yəni, gələcəkdə satışını həyata keçirmək məqsədi ilə başqasına aid olan ticarət markasının, ya da əmtəə nişanının adına və ya digər sui-istifadə halları ilə nəticələnən domen adların alınması;
– Tanınmış saytların, ticarət markalarının və ya əmtəə nişanlarının adına oxşar olan domen adların alınması.
Premium Domen sayılan belə domenlərin .Az zonasında satışı öz gerçək marka sahiblərinə satılmaqdadır. Bundan Azərbaycan Respublikasının büdcəsi nə qədər xeyir götürür, bu artıq bilinməyən məsələdir.
Qaynaq: WEB Dizayn Studiyası
.Az domenimiz daha böyük uğurlara layiqdir!
Bugünkü informasiya savaşında uduzmağımızın ən böyük səbəblərindən biri də birbaşa budur.
monopoliya imkan vermir ki, başqaları da .az domeni almaq istəyənlərə xidmət göstərsin. Hələ qaydalardakı qəribə qadağalar, qiymətin yüksəkliyi bir kənara.
bizimkiler .az domeni de sata bilmir? bu da xarice idxal..
Xarici vetendaslara .az domeni almaq olmaz. Bu o demekdir ki, xaricinin pulu bize lazim deyil.
Bu o demekdir ki, biz xaricilere xidmet etmek istemirik. Bu o demekdir ki, domenimizi az satmaq isteyirik ve .az domenine xeter getiren saytlarin bizim zonada olmasini istemirik?
Bilen varmi bunun esl sebebi nedir?
bəlkə inkişaf özü ilə problem gətirər?! yəni başqa səbəb düşünmək olmur.
Çünki qiymət 2 dəfə endirilərsə satış ən azı 2 dəfə artar. Bu isə domen zonasında inkişaf deməkdir və tanındıqdan sonra tələb daha da artar..
Bu dövlətin strateji və gəlir qaynağıdır. Bir kənara atılması heyrət doğurur. Dövlətçiliyin zəifliyidir.
Əgər izin verilməyən fəaliyyət olarsa həmin domeni qaydaları pozmağa görə bağlamaq da hər zaman dövlətin əlindədir.
Niyə .az domeni xaricilərə satılmır, ancaq xarici domenlər Azərbaycanlılara satılır və xarici dövlətlər Azərbaycan vətəndaşlarından gəlir götürür? Maraqlıdır.
Toppuş bacının domenini almaq istəyirəm e: toppusbaji.com 🙂
Azərbaycan xanımları öz adlarına uyğun .az domeni almaq istəmirlər. Niyə adından sonra az gəlsin? kimin az deyilməsindən xoşu gəlir? http://www.aygunkazimova.az/
alınmış domenlərdən neçə faizinin işlədiyi haqqında da statistika verilsəydi çox yaxşı olardı.