Azərbaycan Milli Komandası ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku 2018 yarışında II yeri tutub.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ-ın Ayova şəhərindəki sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub. Finalda Azərbaycan millisi ABŞ-la üz-üzə gəlib.

DK-2018: ABŞ – Azərbaycan – FİNAL / intro

Görüş təşkilatçı ölkə komandasının 6:4 hesablı qələbəsi ilə sona çatıb. Georgi Edişeraşvili, Coşqun Əzimov, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun qələbə qazandığı halda, Əfqan Xaşalov, Hacı Əliyev, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev və Roman Bəkirov uduzub. Bununla da Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Dünya Kubokunu gümüş medalla başa vurub. Yarışın qalibi adını ABŞ qazanıb.

Sərbəst Güləş üzrə Dünya Kuboku 2018

Final: ABŞ – AZƏRBAYCAN – 6:4

  • 57 kq. Tomas Gilman – Georgi Edişeraşvili – 7:8
  • 61 kq. Kendrik Maple – Əfqan Xaşalov – 6:2
  • 65 kq. Loqan Ştiber – Hacı Əliyev – 6:3
  • 70 kq. Ceyms Qrin – Coşqun Əzimov – 4:4*
  • 74 kq. Cordan Burafs – Hacımurad Ömərov – 7:0
  • 79 kq. Kayl Deyk – Cəbrayıl Həsənov – 5:3
  • 86 kq. Devid Teylor – Aleksandr Qostiyev – 12:2
  • 92 kq. Jden Koks – Aslanbek Alborov – 4:4*
  • 97 kq. Kayl Snayder – Roman Bəkirov – 14:3
  • 125 kq. Nik Qvyazdovski – Cəmaləddin Məhəmmədov – 3:4

Bürünc medala isə 3-cü yer uğrunda görüşdə Kubanı 6:4 hesabı ilə yenən Yaponiya sahib olub.

USA Wins Gold – Freestyle World Cup

Azərbaycan millisi əvvəllər 2 dəfə – 2004 və 2009-cu illərdə Dünya Kubokunu əldə edib. Ötən il isə bürünc medal qazanılıb.

Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib.

DK-2018: Dünya ikincisi olan yığmamızın mükafatlandırma mərasimi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın