Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2019” superturniri Maqnus Karlsenin inamlı qələbəsi ilə başa çatıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 9 turun sonunda 7 xal toplayan indiki Dünya çempionu Maqnus Karlsen ən yaxın izləyicilərini 2 xal geridə qoyub. Şahmat tarixində belə bir uğur sonuncu dəfə 4.5 il öncə görünmüşdü. O zaman Fİbiano Karuano Sinquefield Cup 2014 turnirində böyük uğur qazana bilmişdi. Norveçli özü isə bu turniri həm preformans, həm də oyunların gözəlliyinə görə özünün ən yaxşı yarışı adlandırıb.

Teymur Rəcəbov: “Gözəl performans, doğurdan da unikaldır, Karlsen ən yaxşı formasındadır.”

Aleksandr Qrişuk: “Mən düşünürəm ki, Maqnus bu gün inanılmaz yaxşı oynadı.”

Dinq Liren və Sergey Karyakin 5 xalla 2-3-cü yerləri bölüşdürüblər. Alekandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov 4,5 xalla 4-6-cı yerləri bölüşdürüblər. 4 xalı olan Veselin Topalov və David Navara 7-8-ci yerləri tutublar. Şəhriyar Məmmədyarov 3.5 xalla 9-cu, Aniş Giri isə 3 xalla 10-cu olub.

Yada salaq ki, yarışma martın 31-dən aprelin 9-dək Şəmkir şəhərində keçirilib. SOCAR və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən superturnirin toplam mükafat fondu 100 000 avro (112 266 ABŞ dolları) idi. Birinci yeri tutan ağıl ustası 30 000 avro (33 678 dollar) qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın