Donald Trampın Asiya Səfəri: ABŞ Prezidenti Çin Lideri Si Tszinpinlə Görüşdü

ABŞ prezidenti Donald Trampın (Donald Trump) Asiya səfəri çərçivəsində Çin Xalq Respublikasının lideri Si Tszinpin (Xi Jinping) ilə görüşü olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Trampın şərəfinə Pekinin mərkəzindəki Xalq Məclisi Evinin “Qızıl zalı”nda şam yeməyi verilib. Trampın gəlişini verilmiş şam yeməyindən sonra iki ölkə başçıları təkbətək danışıqlar aparıb.

Danışıqlar zamanı prezidentlər iki ölkənin gələcək əlaqələrini müzakirə ediblər. Danışıqlarda həmçinin dünyada barışın bərqərar olması və regionda münaqişələrə son qoyulması ilə bağlı məsələlərə toxunulub.

Görüşdən sonra hər iki lider jurnalistlər üçün mətbuat konfransı keçirib. Konfransda ilk sözü Çinin rəhbəri deyib:

“Çin və ABŞ arasında böyük okean və uzun ara olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlərdə heç vaxt soyuqluq olmayıb. Uzaq qonşu ölkəsi olmağımıza baxmayaraq, yoldaşlığımızı və qarşılıqlı faydalı əməkdaşlığımızı heç vaxt dayandırmamışıq”, – deyə Si Tszinpin bildirib.

Si Tszinpin artırıb ki, Çin ilə Amerika Birləşmiş Ştatları arasında qlobal əməkdaşlıq davamlı inkişaf edəcək. ABŞ rəhbəri Donald Tramp da öz növbəsində bildirib ki, bu görüş çox önəmlidir:

“Bizim indi aprdığımız danışıqlar və qarşılıqlı anlaşmalar ölkələrimizin tarixində çox önəmli səhifələrdən biridir. Fərqli yerlərdən və uzaq ölkələrdən gəlmiş olsaq da, ölkələrimiz arasında çox ortaq baxış və istəklər var. Qərb və Şərq arasında bir çox ortaq amillər var. Ümid edirəm ki, Amerika və Çin xalqlarının rifahı üçün səylərimizi birləşdirsək, daha böyük nəticələr əldə etmiş olarıq. Burada hər iki ölkə üçün başlıca məqsəd barış və əminamanlıqdır”, – deyə Tramp bildirib.

Görüş zamanı həmçinin Şimali Koreyanın nüvə sınaqları da müzakirə obyekti olub. Görüşdə bir sıra önəmli qərarların qəbul olunduğu vurğulanıb.

ABŞ Prezidenti Donald Həyat Yoldaşı Melaniya Trampla Asiyaya Uzun Səfərə Çıxdı

Donald Tramp prezidentliyi dövründə ilk dəfə olaraq həyat yoldaşı Melaniya Trampla
Donald Tramp prezidentliyi dövründə ilk dəfə olaraq həyat yoldaşı Melaniya Trampla uzun səfərə çıxdı

Vurğulayaq ki, ABŞ prezidenti Donald Tramp prezidentliyi dövründə ilk dəfə olaraq həyat yoldaşı Melaniya Trampla rəsmi şəkildə uzun səfərə çıxıb. Trampın bu səfəri ABŞ prezidentlərinin 25 il ərzində Asiyaya etdiyi ən uzun səfər olacaq. Çünki 25 il ərzində Amerika prezidentlərindən heç kim bu uzun müddətdə Asiyada rəsmi səfərdə olmayıb. Səfər noyabr ayının 5-dən 14-nə qədər davam edəcək. Səfər ərəfəsində Tramp bir neçə Asiya ölkəsini ziyarət edəcək. O, 5 noyabrda Yaponiyada, 6-7 noyabrda Cənubi Koreyada olub, 8 noyabrda isə Çinə gəlib. Noyabrın 10-da isə Vyetnama gedəcək. Orada beynəlxalq toplantıya qoşulacaq. Donald Tramp noyabrın 12-dən 14-nə qədər isə Filippində olacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir