Bugünkü praymerizdəki qələbəsi ilə Respublikaçılar Partiyasından prezidentliyə əsas namizədə çevrilən Donald Tramp (Donald Trump) hələ 2013-cü ildə azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun klipində çəkilibmiş.

Modern.az saytı xəbər verir ki, həmin il müəlliflik hüquqları Donald Trampa məxsus olan Dünya Gözəllik yarışması (Miss Universe 2013) Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində baş tutmuşdu.

Yarışmanın keçirildiyi yer kimi isə Emin Ağalaraovun atası Araz Ağalarova məxsus “Crocus City Hall” seçilmişdi.

Gözəllik yarışmasının keçirilməsində təşkilati dəstək göstərməklə yanaşı, Emin Ağalarov öz “In Another Life” (“Başqa həyatda”) klipinin çəkilişlərində yarışmaya qatılmış dünya gözəllərini və hətta milyarder Donald Trampın şəxsən iştirakını təmin edə bilmişdi.

“In Another Life” mahnısının klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış əməkdaş (müğənni Emin) özünü dünya gözəllərinin çevrəsində təsvir edilir.

Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Amerika prezidentliyinə namizəd Donald Tramp danışmağa başlayır. Ssenariyə görə,  şirkətin prezidenti olan Tramp “Emin ayıl, sənə nə olub?!” deyə onun iclas vaxtı fikrinin başqa yerdə olmasına acıqlanır və öz məşhur “Sən qovuldun!” (“You are fired!”) sözlərini işlədərək, müğənnini “cəzalandırır”.

Klip də bu yerdə sona çatır. “In Another Life” mahnısının klipini sizə təqdim edirik. Donald Trampı 3:31 dəqiqədən izləyə bilərsiniz.


Emin – In Another Life

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın