Donald Tramp: ABŞ-da Prezident Seçkiləri Saxtalaşdırılır

ABŞ-da prezident seçkilərinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu milliarder-namizəd öz şəxsi Twitter səhifəsində yazıb:

“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, – Trampın bəyanatında bildirilir.

Qeyd edək ki, daha öncə Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar.

NBC kanalının guya keçirdiyi sorğuya görə, seçicilərin 48% öz səslərini ABŞ-ın eks dövlət katibi – Demokratlar partiyasının namizədi Hilari Klintona veriblər. Milyarder Donald Trampı isə 37% seçici dəstəkləyib. Digər namizədlərdən Hari Conson 7%, Gil Stayn 2% səs toplayıblar. Sorğu 10-13 oktyabr tarixlərində aparılıb. Sorğuya toplam 1000 respondent qoşulub.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir