Dolların dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda neftin dünya bazarında qiymətləri artmağda davam edir. Hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45 dollar təşkil edir.

ANS PRESS-in məlumatına görə, “WTI” markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,05 dollar dəyərində müəyyən olunub. Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib. Bu gün dolların dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda neftin dünya bazarında qiymətləri artmağda davam edib. “Qara qızılın” qiymətində orta hesabla 3% artım qeydə alınıb.

Ötən gün dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 44,89 dollar, “Texas” markalı neftin bir barelinin qiyməti isə 43,08 dollar olub.

Neftlə yanaşı əlvan metalların qiymətində də bahalaşma müşahidə edilir. “Bloomberg“in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,88 dollar olub. Platinin 1 qramı 32,59 dollar, palladiumun 1 qramı isə 19,43 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.

Dünyada hasil olunan neftin 2/3 hissəsi “Brent” markasına görə dəyərləndirilir. Etalon olaraq bir neft seçilir. Bu markadan daha keyfiyyətli olan neft daha baha qiymətə satılır. Şimal dənizindən çıxan neftin hasilatı çox baha başa gəlir.

2010-2013-cü illər arasında Azərbaycan nefti tarixində ən baha qiymətə (100 dollardan baha) satılıb. 1997-ci ildə Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağından dünya bazarına ilk dəfə neft çıxarılıb. Azərbaycan gündə təxminən 800 min barel neft hasil edir. Müstəqillik dövründə Azərbaycanda 2 milyard bareldən çox neft hasil edilib.

Hasilat xərclərinin az, keyfiyyətinin isə çox yüksək olması Azərbaycan neftini “qara qızıl” bazarının lideri kimi saxlayır.

Bugünə Olan Rəsmi Valyuta Məzənnələri

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, 26.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5006 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.6900 manat, Rusiya rublu ucuzlaşaraq 0.0225 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1756 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5271 AZN dəyərində müəyyənləşib.

AMB-dən verilən məlumata görə, 26.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5033 səviyyəsində müəyyən olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın