Bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək Eurovision Song Contest mahnı yarışmasında Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, dekabrın 5-də 2017-ci ilin Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib. İclasın sonunda alınmış qərarla Dihaj qrupunun əsas solisti olan Dinara Hacıyeva Azərbaycanı Eurovision 2017-də (ESC2017) təmsil edəcək.
Dihaj – Gecələr Keçir
Dihaj ft. İsfar Sarabski – I Break Again
Dihaj – Complain
Yada salaq ki, İsveçin Stokholm şəhərində keçirilən Eurovision 2016-nın qalibi ukraynalı Jamala olduğuna görə yarışma növbəti ilin may ayında Ukraynada keçiriləcək. “Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 17-ci yeri tutmuşdu.
Bu il Ukraynanın paytaxı Kiyevdə keçiriləcək ESC2017 mahnı yarışmasına 43 ölkə qatılacaq.
bilmirəm Dinara bu qrupdan ayrılıb, ya yox, amma yeni çıxan mahnıları və klip bərbad və biabırçılıqdı
tam Avroviziya formatında bir təmsilçidir – adam baxdıqca baxmamaq istəyir: bəlkə də bu bir yenilik olar və Azərbaycan daha bir dəfə uğur qazanar, kim bilir?!
çox qəribə oxuyur, bunun ağlı hardadı görəsən