Deputat: Qarabağda Əhməd Bəy Ağaoğlunun Heykəli Ucaldılsın

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) bu gün keçirilən plenar toplantısında çıxışı zamanı böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun heykəlinin və ya abidəsinin ucaldılması təklifi ilə çıxış edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, millət vəkili çıxışında öncə özünün və ziyalıların adından Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə ölkə prezidentinə təşəkkürünü bildirib. Millət vəkili bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir:

“Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX yüzilliyin başlanğıcında dinc azərbaycanlılara qarşı törətdiyi qırğınlara, cinayətlərə qarşı mübarizədə  “Difai” təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından uyğun qurumlara üzümü tutaraq xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq, Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, ya da abidəsinin ucaldılması çox yaxşı olardı.

Eyni zamanda, onun haqqında filmin çəkilməsi də çox önəmli məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından danışan “Difai fədailəri” adlı əsər yazıb və bu əsər üzərində filmin çəkilməsi çox yaxşı olardı”.

AyselMamedova

Aysel Məmmədova

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir