Deputat: Bir Sıra Ölkələrin Yalanları Dəstəkləməsi Ciddi Suallar Yaradır

Tarixdə heç bir zaman türklər ermənilərə qarşı soyqırım törətməyiblər, tam əksinə, ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında XX yüzilliyin başlanğıcında və sonunda türk insanına qarşı soyqırımlar törədiblər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O, bir sıra ölkələrin qondarma “erməni soyqırımı”nı tanıyan ədalətsiz qərarlarına toxunaraq, dünyanın hər yerində yaşayan türk insanının bunlardan rahatsız olmasının önəmliliyini dilə gətirib.

“Bu ədalətsizliyə hamımız – harada doğulub, harada yaşamasından asılı olmayaraq, bütün türk əsilli insanlar öz etiraz səslərini ucaltmalıdır”, – deyən millət vəkili vurğulayıb ki, bir sıra ölkələrin yalanları dəstəkləməsi, gerçəkləri görmək istəməməsi insanlarımızda böyük üzüntü yaratmaqla birlikdə, düşüncələrdə də ciddi suallara səbəb olmalıdır:

“31 Mart Soyqırımının 100-cü ildönümü gəlir, Xocalı Soyqırımının isə 26-cı ildönümü tamam oldu.

Ancaq biz qondarma “erməni soyqırımı” yalanlarına dəstək verənlərin bu soyqırımlarla bağlı bir cümlə açıqlamasını belə eşitmədik.

Ölənlər hansı millətdən olursa-olsun, öncə insandır. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər.

Ancaq qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər bir milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin önəmliyi ilə bağlı heç zaman danışmayıb.

Atalarının belə görmədiyi olaylardan danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər?

Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, bir milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər?

31 Mart Soyqırımı, Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər.

Qondarma “erməni soyqırımı” iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir”.

Q. Paşayeva bildirib ki, dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar:

“Diaspor qurumlarımız birlik və bərabərlik içində qondarma “erməni soyqırımı” yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar.

Biz, ümumiyyətlə, 31 Mart Soyqırımı, Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında günahsız insanlarımızı öldürən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik.

Dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir