Deputat Aydın Mirzəzadə: Əfv sərəncamları dövlətçiliyimizin gözəl atributuna çevrilib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əfv sərəncamı ölkə başçısının humanizminin, humanizm siyasətinin növbəti göstəricisidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O vurğulayıb ki, 400-dən çox məhkumun bağışlanması və onlarla bağlı olan yüzlərlə ailənin, minlərlə insanın Novruz bayramı günlərində sevindirilməsi bir daha ölkə başçısının hər bir azərbaycanlının probleminə necə diqqətlə yanaşdığını göstərir:

“Yüzlərlə insanın vaxtından qabaq azadlığa buraxılması onlara verilən yeni bir şansdır. Bu, onlara öz səhvlərindən nəticə çıxarmaq üçün həm də unikal imkan yaradır. Ümumiyyətlə, xalqımız üçün əziz, müqəddəs olan bayramlar ərəfəsində belə sərəncamların verilməsi dövlətçiliyimizin gözəl atributuna çevrilib. Fərmanın imzalanmasından keçən bir neçə saat ərzində onun insanlarımız tərəfindən sevinclə qarşılanması, ciddi müzakirə edilməsi özü böyük bir hadisədir, göstəricidir. Buna görə bir daha cənab prezidentimizə öz dərin minnətdarlığımızı bildiririk”.

Prezidentin əfv sərəncamı 431 nəfərə şamil olunacaq

Yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. 

Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir