Deputat Aqil Abbas Alimlərə Acıqlandı: Azərbaycan Dilinin Başına Oyun Açmayın

Yazıçı, Milli Məclisin deputatı Aqil Abbas deyir ki, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri elə bil dilimizi korlamağa çalışırlar.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu yazıçı, millət vəkili Aqil Abbas deyib:

“İndi də yeni bir Orfoqrafiya lüğəti yaradıblar, məsələn, “qəşəng” sözü “qəşənk” yazılmalıdır. Niyə, qaqa, “k”la yazanda hamımız “qəşənk” olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər” – deyən millət vəkilinin sözlərinə görə, orta məktəblərimizdə müəllimlərimiz “qəşəng” sözünü uşaqlara heç “qəşəng” kimi öyrədə bilmirlər, bir imla yazdırılsa, 80 faizində yüz orfoqrafik səhv tapılar.

“İndi də “qəşənk”  yazmağı öyrədəcəyik. Nə bilim iki samitin biri düşməlidi, “ədəbiyyat” yox, “ədəbiyat” yazılmalıdı, “riyaziyyat” yox, “riyaziyat” yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, “Məhərrəm” yazılmalıdır “Məhərəm”, adam da səhv elədi ortadakı “ə”ni yedi “Məhərəm” oldu “Məhrəm”. Məsələn, “eşşək” sözünü “eşək” yazmalıyıq. “Eşək” hara, “eşşək” hara?! Hələ elə adamlar var ki, onlara “eşşək” deyəndə də ürəyin soyumur, üç “ş”la deyəndə ləzzət eləyir.

Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox. İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indidən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq? Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya çağırın” – deyə, A. Abbas sözlərinə artırıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir