Bu gün Rusiyada keçirilən 2018-ci il Futbol üzrə Dünya Çempionatında Fransa – Argentina və Uruqvay – Portuqaliya qarşılaşmaları ilə 1/8 final mərhələsinə start verilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, ilk oyun günündə mundialın favoritləri üz-üzə gəlib. Bu baxımdan Fransa – Argentina qarşılaşması maraqla gözlənilirdi. Bol qollu qarşılaşmanın sonunda sevinən tərəf Fransa yığması olub. Xoruzlar komandası ilk 1/4 finalçı olduğu halda, Messili Argentinalı yığması mundialla sağollaşmalı olub.

Başqa bir qarşılaşmasa isə Uruqvayla Portuqaliya münasibətlərə aydınlıq gətirib. Qarşılaşma Uruqvayın qələbəsiylə başa çatıb. Ronaldolu Portuqaliya isə Rusiyadakı DÇ-ni tərk edib.

DÇ-2018 1/8 final (30 iyun)

France v Argentina – 2018 FIFA World Cup Russia™ – Match 50

18:00. Fransa – Argentina 4:3

Qollar: Antuann Qrizmann, 13-pen. Benjamin Pavar, 58. Kilian Mbappe, 64; 68 – Anxel Di Mariya, 41. Qabriel Merkado, 48. Serxio Aquero, 90+3.
Baş hakim: Alirza Fagani (İran)
Kazan, “Kazan Arena”

Uruguay v Portugal – 2018 FIFA World Cup Russia™ – Match 49

22:00. Uruqvay – Portuqaliya 2:1

Qollar: Edinson Kavani, 7; 62 – Pepe, 55.
Baş hakim: Sezar Arturo Ramos (Meksika)
Soçi, “Fişt Stadionu”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın