Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb

Daşkəsəndə oğulun ata-anasını baltalamasının bir sıra ayrıntılıqları bilinib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report”un Qərb bölməsinin məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il doğumlu İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il doğumlu Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.

Olay zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət öncə həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Onun bundan qabaq da valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Olay zamanı ailənin yaxınlıqda olan başqa oğlu səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın durumu ağırdır.

Faktla bağlı Daşkəsən rayon Polis Bölməsində araşdırma aparılır.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir