Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş Ermənistan Ordusu bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə çalışarkən 1 erməni əsgər öldürülüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

İndi bu istiqamətdə atışma davam edir, durum Azərbaycan Ordusunun nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində durumun gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın