Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha bir erməni hərbi qulluqçusu ölüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bununla bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1998-ci il doğumlu Alek Karapetyan aprelin 15-də hərbi hissə ərazisində aldığı güllə yarasından ölüb. Baş vermiş olayın təfərrüatı araşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın