Dağlıq Qarabağda Azərbaycan-Ermənistan cəbhə xəttinə yaxın ərazilərdə mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb, biri ağır yaralanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Tert.am-a istinadən bildirir ki, olay noyabrın 21-də saat 18.35-də baş verib.

İşğalçı ordunun hərbi bölmələrindən birində minanın partlamasıdan sonra Geqam Zakaryan (1995-ci il doğumlu), Sarkis Abramyan (1998-ci il doğumlu) və Sarkis Məlikyan (1997-ci il doğumlu) ölüb.

Daha bir döyüşçü Harek Oveyan (1997-ci il doğumlu) yaralanıb. Onun durumunun ağır olduğu bildirilir.

Ermənistan tərəfi olayın baş verməsinin səbəbləri ilə bağlı araşdırmaya aparmağa başlayıb.

https://www.youtube.com/watch?v=xxmwoApcb0Q

Cəbhədə üç erməni hərbçisi öldü, biri yaralandı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın