Dağlıq Qarabağa Gedən Türkiyə Vətəndaşları Kimdir?

22 sentyabr tarixində bir qrup Türkiyə Respublikasının vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Qarabağa qanunsuz səfər edən Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu dəfələrlə separatçılara dəstək verib, Türkiyənin yürütdüyü beynəlxalq siyasətə zidd mövqe nümayiş etdiriblər.

Ufuk Uras

Ufuk Uras 4 yanvar 1959-cu il tarixində anadan olub. 2007-ci ildə Türkiyə Böyük Millət Məclisinə müstəqil namizəd kimi seçilib. O, 1 avqust 2007-ci ildə Azadlıq və Həmrəylik Partiyasına qatılıb və sədr seçilib. Ancaq 1 fevral tarixində partiyanın keçirdiyi konqresdə vəzifəsini Hayri Kozanoğluna təhvil verməyə məcbur olub. Daha sonra partiyadan istefa verərək Bərabərlik və Demokratiya Partiyasının sıralarına qoşulub. U.Uras kürd probleminin parlamentdə həll olunmasını iddia edərək Sülh və Demokratiya Partiyasına keçid edib. Eyni zamanda Yaşıllar və Sol Gələcək Partiyalarının qurulmasında iştirak edib. Göründüyü kimi bu şəxsin siyasi fəaliyyəti separaçılıq üzərində qurulub.

Ufuk Uras, həmçinin müstəqil Kürd dövlətinin yaranmasının odlu-alovlu təbliğatçısı kimi tanınır. O hesab edir ki, Yaxın Şərqdə müstəqil kürd dövlətinin yaranmasının vaxtı yetişib: “Bunu çox həyəcanla gözləyirəm. Bu dünyada hamı öz müqəddəratını həll edəcək. Amma, kürdlərə gəlincə vaxtıdırmı? Yaxın Şərqdə vəziyyət qarışıqdır deyilərək rədd edilir. Əsas məsələ xalqların öz müqəddəratını təyin etməsidir. Kürdlərin referendum qərarını onların daxili məsələlərinə qarışmaq kimi qiymətləndirirəm”.

Separatçı siyasətçinin kürd məsələsinə radikal yanaşması onun hansı siyasi baxışa və əqidəyə malik olduğunu göstərir. O, aşkar şəkildə kürd separatizmin dəstəkləyir və İraqın parçalanmasını arzulayır.

Ufuk Urasın Qarabağa səfəri təəcccüb doğurmur. O, çıxışlarında işğalçı Ermənistana olan simpatiyasını heç vaxt gizlətməyib. U.Aras Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıdır. O, hesab edir ki, bu addım iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına səbəb olacaq.

U.Arasın fikrincə, Türkiyənin erməni vətəndaşlarına ölkənin bərabərhüquqlu vətəndaşı kimi davranılmalıdır. Onlara qarşı basqı olunmamlıdır. Mənzərə aydındır. Qondarma “erməni soyqırımı”na yanaşması bu şəxsin Anti-türk və Anti-Azərbaycan kampaniyasının fəal üzvlərindən olduğunu deməyə əsas verir.

“Bir milyondan artıq Osmanlı ermənisi yox edilib. Türk dövləti tarixi həqiqətləri 90 ildir inkar edir”- U.Uras müsahibələrindən birində deyib.

Görünüyü kimi, U.Uras təkcə Azərbaycana qarşı deyil, vətəndaşı olduğu Türkiyəyə qarşı da düşmən mövqeyində dayanır.

Səid Çətinoğlu 

Tarixçi, özünü “soyqırım” mütəxəssisi və hüquq müdafiəçisi timi təqdim edən bu şəxs barəsində apardığımız qısa araşdırma göstərir ki, onun erməni sevgisi sonsuzdur. “Bir Osmanlı Komandanını Soyqırım Günlüyü”, “Natanyan: 19-cu əsrdə Bir Düşüncə Günahkarı” əsərləri kifayətdir ki, onun əsl kimliyini anlayasan.

Səid hər yerdə bəyan edir ki, Türkiyə qondarma “erməni soyqırımı” ilə bağlı tarixi həqiqətləri inkar edir: “Türkiyənin inkaredici mövqeyi Ermənistanla münasibətlərin normallaşmasına imkan vermir. Bu səbəbdən sərhədlər tezliklə açılmalıdır”.Özünü “soyqırım” mütəxəssisi elan edən Çətinoğlu Türkiyə-Ermənistan sərhədlərinin hansı səbəbdən bağlandığını, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımdan xəbərdar deyil? Əlbəttə, bilir. Lakin erməni sevgisi, işğalçılara bağlılığı bu həqiqəti dilə gətirməyə imkan vermir.

Əli Bayramoğlu

KİV-lərdə Əli Bayramoğunun erməni əsilli olduğu qeyd edilsə də, o soy-kökünü gizlətməyə çalışır. Əsl kimliyi yaxın çevrəsinə bəlli olan bu şəxsin erməni sevgisi Türkiyədə hər kəsə məlumdur.

O, “erməni soyqırımının” odlu-alovlu təbliğatçısı kimi tanınır. Qələmə aldığı bütün məqalələrdə soyqırım məsələsini Türkiyənin əleyhinə şərh edir. Onun siyasi baxışı işğalçı Sarkisyan və digərlərindən fərqlənmir. Əsas məqsədi qondarma soyqırımı dünyada tanıdıb, Türkiyə əleyhinə təbliğat aparmaqdır.

Erol Qatırcıoğlu

Qarabağa qanunsuz səfər etməklə barəsində cinayət işi açılan Erol Qatırcıoğlu ermənilobbisinin Türkiyədəki fəallarından hesab olunur. Əsas missiyası “erməni soyqırımı” və separatizminin təbliğ etməkdir.

Fəaliyyəti qondarma “erməni soyqırımı”nı təbliğ etmək, bununla bağlı Türkiyəni ittiham edən kitablar və köşə yazıları yazmaqdan ibarətdir. O, Türkiyənin qondarma “ermənisoyqırımı”na görə ermənilərdən üzr istəməsini tələb edib.

Qeyd edək ki, Dağlıq Qarabağa səfər edən dörd Türkiyə vətəndaşının hər biri “ermənisoyqırımı”nı dəstəkləyən kitablar yazıblar. Onlar 2008-ci ildə “Üzr İstəyirəm” kampaniyasına qoşulmaqda “erməni soyqırım”ına dəstək veriblər.

Qaynaq:Elvin Abdulqədirov (AzVision.az)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir