Çiy Soğanın Faydaları Haqqında Həkimlərin Məsləhəti

Çiy soğanın bir sıra terapevtik və antibakterial özəllikləri var. Bu özəlliklər sayəsində o, orqanizmi zəhərli maddələrdən təmizləyə, hətta bəzən müxtəlif xəstəliklərdən qoruya bilər.

Səhiyyə sahəsində çalışan ekspertlər soğanın faydalı cəhətlərini nəzərə almağa çağırırlar. Soğanın tərkibində 100-dən çox kükürd birləşmələri var. Bunlar tək bizə məlum olan qoxuya məsul deyil, həm də müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında intoksikasiya üçün çox gözəl vasitə ola bilər.

Aşağıdakı xəstəliklərdə soğan yaxşı profilaktik vasitə kimi yararlana bilərik:

1. Astma

Soğanın tərkibindəki komponentlərdən biri antihistamin təsiri göstərir. Onun sayəsində soğanı iltihaba qarşı vasitə kimi də istifadə etmək olar. Laboratoriya sınaqları göstərib ki, soğanın tərkibindəki kvertsetin maddəsi orqanizmi allergiyaya səbəb olan histaminlərin ifrazından qoruyur.

2. Xərçəng

Soğanın sarıköklə birlikdə yeyilməsi xərçəngin yaranmasının qarşısını ala bilər. 2006-cı ildə aparılmış araşdırmaların nəticəsində aydın olub ki, onların birgə təsiri xərçəngdən öncəki hissəciklərin sayını azaldır.

3. Şəkərli diabet

Soğanın tərkibində olan başlıca efir yağları – allilpropildisulfid birləşməsi orqanizmdə insulin istehsalını stimullaşdırır və qanda şəkərin miqdarını azaldır.

4. Ürək xəstəlikləri

Adətən orqanizm üçün faydalı qidalar haqqında danışarkən soğan yadımıza düşmür. Ancaq 2007-ci ildə aparılmış araşdırma göstərdi ki, bu tərəvəzin tərkibindəki maddələr qan təzyiqini normaya salır, nəticədə isə ürəyin sağlam qalmasını təmin edir. Soğan ürək üçün qırmızı şərabdan daha faydalıdır.

5. Dişlərin dağılması

Çiy soğan dişlərin sağlamlığı üçün də faydalıdır. Əgər siz gün ərzində 2-3 dəqiqə çiy soğan çeynəsəniz, ağız boşluğundakı bütün zərərli bakteriyalardan xilas ola bilərsiniz.

Gün boyunca bir baş soğan yemək isə dişlərinizi daha da sağlam edər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir