Azərbaycanlı cazibədar xanım aparıcı Mələk Heydərova 3 il qabaq çalışdığı ATV telekanlından açıq-saçıq geyinməsinə görə qovulduğunu açıqlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Yenicag.az xəbər verir ki, onun işdən qovulmasına səbəb açıq-saçıq geyimləri olub:

“Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındı. Bu isə anormal fikirlərdi. Cəmiyyətdə müzakirə olunası en sayda problemlər var.

Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən. Deməli Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, ancaq altda gizlin nə edirəmsə edim.

Mələk Heydərova

Mələk Heydərova-Melek Heydarova

Mələk Heydərova-Melek Heydarova
Mələk Heydərova-Melek Heydarova
Mələk Heydərova-Melek Heydarova Mələk Heydərova (aparıcı)

Mən isə belə insanları qəbul etmirəm. Efirdə də həyatda olduğum kimi səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. 3 il qabaq ATV kanalından işdən geyimimə görə uzaqlaşdırıldım. Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdu. Ancaq halbuki ATV-də məndən beşbətər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil, ay camaat! Mələklə bağlı nəsə demək üçün onu tanımaq lazımdır. Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm”

Mələk Heydərova- Backstage Photoshoot

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın