Cavid Hüseynov: Qəbələnin Azərbaycan kubokunu qazanma şansları yarıbayarıdır

“Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü uduzmadan da başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qəbələ Futbol Klubunun kapitanı Cavid Hüseynov evdə “Qarabağ”a 0-1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur qarşılaşmasıyla bağlı danışarkən deyib.

TPL 2017/2018, XXVIII tur, “Qəbələ” 0-1 “Qarabağ” Geniş icmal

30 yaşlı yarımmüdafiəçi oyun zamanı meydandan qovulması və Ağdam komandasının kapitanı Rəşad Sadıqovla “kəllə-kəlləyə” gəlməsinə də toxunub:

“Yenə də problem yoxdur (gülür). Millidən qıraqda qalmaq? Həyatda hər şey ola bilər. Əslində elə bir şey olmamışdı. Həmin epizodda öncə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə araya girirsən? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi”.

Hüseynov sonda “Keşlə” ilə keçirəcəkləri Azərbaycan Kubokunun final qarşılaşmasındakı şanslarına da toxunub:

“Qəbələ”nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundur. Gərgin və maraqlı görüş olacaq”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir