Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, Ermənistan cəbhə xəttində durumu yenidən gərginləşdirmək istəyilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan Respublikasının hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə çalışıb.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və daşınma-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.


Ermənistanın “OSA” zenit-raket kompleksi məhv edilib

Məlumat üçün bildiririk ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın