Bu nömrəyə zəng çatmır deyən tanınmış teleaparıcı Leyla Əliyeva imiş

“Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir”, bu səsi ölkənin ən böyük mobil opertatoru olan Azercell-in abunəçisi olanlar hər gün olmasa da, tez-tez eşidirlər. Bəs görəsən 4 milyondan artıq istifadəçisi olan Azərcell-in bu avtocavab səsinin sahibəsi kimdir?!

Azərbaycan Dövlət İnformasiya Agentliyi AzerTAC-ın yayımladığı video-müsahibədən gördüyümüz kimi bu səsin müəllifi Azərbaycanın tanınmış teleaparıcılarından olan Leyla Əliyevadır.


“Bu nömrəyə zəng çatmır” – deyən Leyla Əliyevadır

Xatırladaq ki, bir neçə il öncə QafqazInfo.az-nun verdiyi xəbərə görə, ABD. Malik kimi tanınmış reper Malik Kələntərli həmin sözlərin müəllifinin video görüntüsünü sosial şəbəkədə paylaşıb.

Sözügedən məşhur səsin sahibəsinin video görüntüsü də təqdim edilmişdi. Bu xəbərin yalan, yoxsa sadəcə kiçik bir zarafat kimi dəyərləndirməyi də oxucuların ixtiyarına buraxırıq:


Azercell-də Telefona Zeng Çatmayanda O Meşhur Sesi Deyen Xanım

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir