Bu gün mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi Shamkir Chess-2019 şahmat supertuniri start götürür.

YALAN.info Online Xəvərlər və İnformasiya Saytə bildirir ki, sayca 6-cı olacaq 2019-cu il “Vüqar Həşimov Memorialı” hər zamanki kimi bu il də heyətinə görə dünyada ilin ən güclü yarışlardan biri olacaq. Aprelin 9-dək Şəmkir şəhərində davam edəcək superturnirdə indiki Dünya Çempionu Maqnus Karlsen başda olmaqla planetin ən güclü şahmatçıları mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 100 000 avro təşkil edir. Yarış SOCAR və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. 

ShamkirChess-2019 Turnir İştirakçıları

Shamkir Chess-2019 turnirində püşkatmadan sonra şahmatçıların mətbuat konfransı keçirilib.

Turnirlə bağlı fikriniz necədir?

Şəhriyar Məmmədyarov: Çətin turnir olacaq. Cədvəl oturduğumuz kimi ola bilər. Ancaq ortadakı (Maqnus Karlseni nəzərdə tutur. Çünki Karlsen sıranın mərkəzində idi). Bizi maraqlı yarış göstərir.

– Gənclər arasında kim şahmat tacı uğrunda mübarizə apara bilər?

Maqnus Karlsen: Verdiyiniz sual geniş anlam daşıyır. Şahmatda gənclər də, yaşlılar da var. Mən də özümü yaşlılara aid edirəm.

– İki dəfə bu turnirdə qalib olmusunuz. Ancaq bu yarışlarda Maqnus Karlsen olmayıb. Bu dəfə Maqnus Karlsen var və qalib gələ biləcəksiniz?

Şəhriyar Məmmədyarov: Maqnus Karlsenin olduğu turnirdə qalib gəlmişəm. Yaxşı turnir keçirmişəm. Onun olduğu turnirlər daha maraqlıdır.

– Son Dünya və Avropa çempionatında iştirak etməmisiniz. Avropa çempionatını kənara qoysaq, dünya birinciliyində komandaların heyətləri zəif idi. İkinci nömrələr çıxış edirdi. Orda olsaydınız, millimiz mükafatçılar sırasına düşə bilərdi?

Teymur Rəcəbov: Biz bildirmişdik ki, proqramımız çətindir. Ona görə uyğun deyildi. Növbəti turnirlərdə iştirak etməyə çalışacağıq.

Şəhriyar Məmmədyarov: FIDE proqramı gec açıqladı. Təqvim bizə uyğun gəlmədi. Bir çox ölkələr də əsas heyətlə qatıla bilmədi. Müzakirə etdik ki, gedə bilərik, yoxsa alınmaz. Alınmadı.

– Burdakı şahmatçıların bir çoxu Vüqar Həşimovla qarşılaşıb. Xatirələrinizi bölüşə bilərsiniz?

Şəhriyar Məmmədyarov: Yəqin ki, burda ən çox Vüqarla mən qarşılaşmışam. Onunla görüşləri yaxşı xatırlayıram. Biz ilk dəfə 9-10 yaşlarında üz-üzə gəlmişik. Çox maraqlı oyunlar idi.

Sergey Karyakin: Əlbəttə ki, Vüqar möhtəşəm oyunçu idi. Onunla çox oyunlarımız heç-heçə başa çatıb.

Aniş Giri: Mən də bir neçə dəfə qarşılaşmışam. Uduzduğum oyunlar da olub.

Maqnus Karlsen: Bir neçə dəfə onunla üz-üzə gəlmişəm. Rapid növündə daha çox Vüqar qazanıb, klasik növdə mən çox qalib gəlmişəm. Çox maraqlı şahmatçı idi.

Aleksandr Qrişuk: Vüqar çox maraqlı və aqressiv rəqib idi.

Vişvanatan Anand: Vüqarla 2 dəfə rapid, 2 dəfə klassik növdə oynamışam. Maraqlı olub.

Veselin Topalov: Rapid növündə çox qarşılaşmışıq.

David Navarra: Vüqar çox güclü oyunçu olub. Bir dəfə ona qalib gəldim, ardınca 6 dəfə uduzdum.

Teymur Rəcəbov: Çox oynamışam Vüqarla. Son oyunda qalib gəlsəm də, o hər zaman ağ fiqurlarla təhlükəli idi. Aqressiv idi və qarşısındakına təzyiq edə bilirdi.

– İlk turda Karlsenlə qarşılaşacaqsınız…

Teymur Rəcəbov: Çox məmnunam ki, ilk turda Karlsenlə qarşılaşacam.

– Vüqar Həşimovla bağlı xatirələriniz çoxdur. İndiyə qədər heç danışmamısınız…

Sergey Karyakin: Onunla bağlı çox xatirələrimiz var. Bir çoxunu özümdə saxlamaq istəyirəm. Onunla Çində dünya çempionatında üz-üzə gəldik. Orada yarış uğursuz idi. Ancaq bir-birimizlə görüşüb danışırdıq. Onun məsləhətlərindən indi də istifadə edirəm. Bakıda Dünya Çempionatında qardaşı mənə böyük dəstək oldu. 0:2 uduzurdum, ancaq onun sayəsində qələbəyə kökləndim.

– Çox bikef görünürsünüz…

Veselin Topalov: Sadəcə yorğunam.

– Karlsen, hər dəfə Azərbaycana öz aşpazınızı gətirirsiniz. Azərbaycan mətbəxinə güvənmirsiniz?

Maqnus Karlsen: Düşünürəm ki, bu özümü daha güvəndə hiss etmək üçündür. Başqa bir özəl səbəb yoxdur.

– Püşkatma bir az fərqli idi. Rəqəmlər xanımların qolunda idi. Səhnəyə çıxmazdan öncə seçəcəyiniz xanımları müəyyənləşdirmişdiniz, yoxsa gözəlliyə görə seçdiniz?

Aniş Giri: Sevgilim var.

Sergey Karyakin: Mənim üçün daha rahat oldu. Çünki səhnəyə çıxanda 2 qara, 1 ağ rəqəm var idi. Ağı seçdim.

Teymur Rəcəbov: Mən evliyəm. Düşünürəm ki, xanımların hamısı xoşgörünüşlü idi.

Şəhriyar Məmmədyarov: Başa düşmürəm ki, şahmatçıların evli olub-olmamağının püşkatmaya nə dəxli var? Həmişəki kimi səhv intuisiya sayəsində qara fiqurlarla oynayacam. Ümid edirəm ki, gələn il kişilər olar, ağ fiqurlarla oynayaram.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın