Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması ölkə vətəndaşlarının dövlətin ərazisini tərk etməsi ilə nəticələnib.
“Guardian” dərgisi məlumat verir ki, “Brexit”dən (Britaniyanın AB-dən çıxması) sonra ölkəni tərk edən vətəndaşların 30 faizi Avropa dövlətlərinə yerləşiblər.
Bildirilir ki, 2008-2015-ci illərdə 56 832 britaniyalı Avropaya köçdüyü halda, 2016-2018-ci illərdə bu rəqəm 73 642-yə çatıb.
Britaniyalıların ən çox Almaniya vətəndaşlığına keçmək istədikləri məlum olub.
2016-cı ildə “Brexit” səsverməsindən sonra 31 600 britaniyalının Almaniya vətəndaşlığını qəbul etdiyi vurğulanır.
Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya vətəndaşları keçirilmiş referendumda 52 faiz səs çoxluğu ilə AB-dən ayrılma qərarı qəbul ediblər.