Böyük Millət Məclisinin Deputatları: Bu Türkiyəyə Qarşı Da Satqınlıqdır

Böyük Millət Məclisinin deputatları və bir sıra siyasətçilər Türkiyə vətəndaşlarının Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına getməsinə kəskin qarşılıq veriblər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı APA-ya qaynaqlanaraq məlumat verir ki, Milliyyətçi Hərəkat Partiyasının İstanbul millət vəkili Atilla Kaya işğalçı Ermənistana gedən öz yerlilərinin orada öz ölkəsi və Azərbaycana qarşı bəyanatlar verməsini pisləyib.

“Türkiyədə kript erməniləri var. Heyif ki, bunlar vətəndaşı olduqları, çörəyini yeyib suyunu içdikləri ölkəyə satqınlıq edirlər. Türk millətinə qarşı həm Anadoluda, həm də qardaş Azərbaycanda soyqırım aparan, XXI yüzillikdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edən Ermənistana gedib orada öz ölkəsinə və Azərbaycana qarşı danışan adamları qınayıram. Yenidən deyirəm, kript erməniləri olayı Türkiyə üçün çox rahatsız bir reallıqdır. Gərgin günlər yaşadığımız bu dönəmdə Ermənistana və qardaş Azərbaycanın işğal altındakı torpaqlarına gedərək bizi suçlayan açıqlamalar vermək qəbul edilən deyil”, – deyə o vurğulayıb.

Cumhuriyyet Xalq Partiyasının İstanbul millət vəkili Dursun Çiçek isə Ermənistana və Dağlıq Qarabağa gedərək Türkiyəyə və Azərbaycana qarşı bəyanatlar verənləri problemli şəxslər adlandırıb:

“Onlar keçmişdə Türkiyədə də subyektiv açıqlamalar verərək problemlər yaradıblar. Erməni işğalı altındakı Azərbaycan torpaqlarına getmələri beynəlxalq hüququ pozduğu kimi, orada dedikləri sözləri ciddi qəbul etmək gərək deyil. Onların sözlərinin heç bir gücü yoxdur. O şəxslərin sözləri köklü tarixi ənənələri olan Türkiyə-Azərbaycan qardaşlığına heç bir kölgə sala bilməz, onların özəl düşüncəsidir”.

Vətən Partiyasının başçısı Doğu Perinçek isə sözügedən şəxsləri işğalçıları dəstəkləməkdə ittiham edib.

“O adamlar Azərbaycanın vətən uğrunda savaşına qarşı olmaq üçün Ermənistana və işğal olunmuş Azərbaycan torpaqlarına gediblər. Ancaq çalışmaları boşa çıxacaq, biz güclərimizi birləşdirərək qardaş Azərbaycanın torpaqlarının bütövlüyünü bərpa edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini uyğun icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və başqa yaşayış yerlərinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərlə bağlı işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

İndi cinayət işi üzrə gərəkli istintaq-əməliyyat işləri aparılır.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir