Boksçu Lorenso Sotomayor gümüş medalı bütün Azərbaycana həsr etdi

2016-cı il Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Lorenso Sotomayor deyib: “Olimpiada mənim üçün çox yaxşı keçdi. Mən Braziliyaya qızıl medal üçün getmişdim”.

64 kq çəkidə çıxış edən əlcək sahibi finalda özbəkistanlı Fazliddin Qaibnazarova uduzmağından təəssüfləndiyini bildirib və hakimlərin finaldakı qərarının anlaşılmaz olduğunu söyləyib: “Təəssüf ki, finalda uduzdum və gümüş aldım. Mən bu medalı bütün Azərbaycana həsr edirəm. Finalda yaxşı döyüşürdüm. Özüm də bunu duyurdum. Ancaq bilmədim nəyə görə hakimlər qələbəni rəqibə verdilər”.

Lorenzo Sotomayor vurğulayıb ki, Azərbaycan bayrağını Rioda dalğalandırmaq doğurdan da qürurverici idi. Ölkədə idmanın inkişafı üçün hər cür şərait var. İdmançılar dövlətin qayğısı ilə əhatə olunublar.

Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini “Bu ölkə mənim evimdir” sözləri ilə bitirib.

Qeyd edək ki, Loreso Sotomayor Fazliddin Qaibnazarovla görüşün ilk raundunda rəqibindən üstün olub. İkinci raundda Qaibnazarovu 3 hakimdən 2-si üstün sayıb. Üçüncü raundda isə özbəkistanlı boksçu daha üstün tutularaq görüşün qalibi sayılıb.

Xatırladaq ki, Azərbaycan Olimpiya Yığması Rio2016 XXXI Yay Olimpiya Oyunlarında rekord sayda medal qazanıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir