Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyons Nouls ilə əri, milyarder reper Cey Zi (Jay Z) arasında münasibətlərin həddən artıq pisləşdiyi vurğulanır. Beyonsun (Beyoncé) sonuncu albomu “Lemonade” qalmaqala səbəb olub. İfaçı albomundakı hər mahnısında xəyanətdən, sevgidən və qısqanclıqdan oxuyub.

Cey Zinin dizayner Reyçel Roy (Rachel Roy) ilə eşq yaşadığı iddia olunur. Beyonsun fanatları sosial şəbəkədə dizaynerə qarşı aksiya keçirərək onun ünvanına təhqiramiz sözlər yazıb. R.Roy hətta tədbirlərin birində  çıxışından imtina edib. Dizayner bütün söz-söhbətlərə son qoymaq üçün yayılan şayiələrə cavab verib. O, bütün yayılan məlumatları təkzib edib: “Yayılan məlumatların hamısı kökündən yalandır. Mənim Instagram səhifəm digərləri üçün meydan olub. Məni təhqirdən əlavə öldürməklə təhdid edirlər. Mənim iki qızım var. Mən ailə bağlılığına və sevgiyə hörmət edən insanam”.

Müğənni Beyone əri milyarder reper Jay Z ilə xəyanət qalmaqalı yaşadı - Lemonade albomu
Reyçel Roy (Rachel Roy) – Amerikalı modelyer-dizayneri

Daha sonra məyus olmuş fanatlar britaniyalı müğənni Rita Oraya hücum ediblər. İddiaya görə, reper Beyonsa Rita Ora ilə xəyanət edib. Ancaq ifaçı Twitter hesabında yayılan məlumatları təkzib edib: “Mən heç vaxt “sarı mətbuat”a fikir verməmişəm. Lakin mənim barəmdə yayılan məlumatların hamısı yalandır. Mən Beyonsa hörmət edirəm və gəlin onun yeni albomunu dinləyərək həzz alaq”.

Rita Ora - Böyük Briyaniyalı məşhur aktrisa və müğənni
Rita Ora – Böyük Briyaniyalı məşhur aktrisa və müğənni

ANS PRESS-in məlumatına görə, Beyons “Lemonade” albomundakı bütün mahnılar sevgi, qısqanclıq və xəyanət haqqındadır: “Hold Up”, Don’t Hurt Yourself”, “Sorry”, “Lessons”, “Sandcastle” “Love Drought” və “All Night” mahnılarında “Sən axı görmürsən ki, başqa kişilər yoxdur?”, “Səni sevən qıza qarşı belə etmək olmaz”,  “Mən vaxta baxıb başa düşürəm ki,  sən evdə olmalısan”, “Hərdən mən peşmanam ki, evlilik üzüyünü taxmışam”, “Belə sevgini məhv etmək biabırçılıqdır” sözləri var.


Beyonce – Lemonade Albomundan Ən Yaxşı Anlar

Beyons 2008-ci ilin aprel ayında ailə qurub. Bu evlilikdən onların bir azyaşlı qızı var. Bir müddət əvvəl Cey Zi həyat yoldaşına toylarının ildönümü şərəfinə Baham arxipelağında 3 milyon dollarlıq ada hədiyyə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın