Benyamin Netanyahu Avropanı İrana qarşı sanksiyalara qoşulmağa çağırdı

İsrailin baş naziri Benyamin Netanyahu (Benjamin Netanyahu) ABŞ-ın İran İslam Respublikasına qarşı sanksiyaları bərpa etməsini alqışlayıb və Avropa ölkələrini də eyni addımı atmağa çağırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Birləşmiş Ştatların nüvə sazişindən çıxması ilə səciyyələnən sanksiyaların ilk hissəsi avqustun 6-dan 7-nə keçən gecə (Bakı vaxtı ilə saat 08:00-da) bərpa olunacaq və dərhal da qüvvəyə minəcək.

İranın energetika sahəsinə və neft anlaşmalarına yönələn sanksiyaların ikinci paketi isə noyabrın 5-də reallaşacaq.

Donald Trampın və Amerika administrasiyasının İrana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərarını alqışlayıram. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün çox önəmlidir.

Qərar İranın regional təcavüzünü dayandırmağa və nüvə silahı əldə edilməsinə hesablanan planlarının qarşısını almağa dair qətiyyətliyi nümayiş etdirir.

İranın dayandırılması haqqında söz açan Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. Danışıq dövrü bitdi, artıq əməl zamanıdır. ABŞ-da belə edirlər, Avropada da belə etmək lazımdır”, – Netanyahu bəyan edib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir