Belçika ilk dəfə futbol üzrə Dünya Çempionatında bürünc medal qazandı

Belçika millisi Futbol üzrə Dünya Çempionatı 2018-də (DÇ-2018) mundialın bombardiri Hari Keynin (Harry Kane) komandası İngiltərəni udaraq III yeri tutdu.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Belçika qrupda yendiyi (1:0) İngiltərəni bu dəfə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda 2-0 hesabı ilə udub.

Hesabı 4-cü dəqiqədə Tomas Mönyö açıb. 82-ci dəqiqədə isə kapitan Eden Azar son nəticəni müəyyənləşdirib.

Bununla da Belçika tarixində ilk dəfə futbol üzrə dünya çempionatında bürünc medal qazanıb. “Qırmızı şeytanlar”ın bunadək ən böyük uğuru DÇ-1986-da 4-cü yer olub. Bu komandanın aktivində 1980-ci il Avropa çempionatında gümüş, AVRO-1972-də isə bürünc medal da var.

DÇ-2018 3-cü yer uğrunda oyun: Belçika – İngiltərə: 2-0

14 iyul 18:00, Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.

Qollar: Tomas Mönyö, 4. Eden Azar, 82

Hakimlər: Alireza Faqani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Malanq Didyu, Cibril Kamara (hər ikisi Seneqal)

Belgium v England – 2018 FIFA World Cup Russia™ – Play-off for third place

Hari Keynin kapitanı olduğu İngiltərə milli komandası isə mundialdan medalsız qayıdır. Başqa bir möcüzə baş verməzsə çempionatda 6 qol vurmuş Hari Keyn bombardir kimi tarixə düşəcək.

Hari Keyn (Harry Kane), İngiltərə
Hari Keyn (Harry Kane), İngiltərə milli komandasının kapitanı

Qeyd edək ki, sabah finalda Fransa və Xorvatiya milliləri qarşılaşacaq. Çempionatın bu son oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir