Baş epidemioloq: Heç nədən xəbərim yoxdur. Nə televizorum, nə də internetim var

Ölkənin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyub.

Unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla bağlantı qurmağa çalışıb. İ.Ağayev indi paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən xəbərim yoxdur. Kənddəyəm. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

Baş epidemioloqdan gözlənilməz açıqlama: Mənim heç nədən xəbərim yoxdur

Baş epidemioloqun Bakıda olmaması ilə bağlı rəsmi açıqlama: “Yaşı 65-dən çoxdur, işə çıxmır”

Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevun bu cavabı tezliklə ölkə mediasında yayılıb.

Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev indi işə çıxmır:

“O, bu gün iki nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir. Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur.

Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir