Argentina yığmasının və Barselona klubunun ulduz hücumçusu Lionel Messi zədələnib. Futbolçu Hondurasla yoldaşlıq oyununda belindən zədə alıb. Bu səbəbdən Messi 64-cü dəqiqədə dəyişdirilib.

Oyundan sonra Lionel Messi tibb müayinəsindən keçib. Millinin həkimi 28 yaşlı hücumçunun belində heç bir çat və ya sınıq aşkarlanmadığını bildirib. O, Messinin bərpa müdəttinin daha sonra məlum olacağını deyib. Nəticə olaraq Messinin komandası qalib gəlib. Napoli klubunun hücumçusu Qonsalo İquain oyunda yeganə qol vuraraq millisini Honduras üzərində qələbə qazandırıb.


Argentina vs Honduras 1-0 Lionel Messi Injury – Lesion de Messi vs Honduras 2016

Argentinalı hücumçu futbol tarixində yeganə oyunçudur ki, “Qızıl top”-un (ilin ən yaxşı futbolçusuna verilən mükafat) beşqat sahibi olub. Messi bu il Barselona ilə “qızıl dubl”a imza atıb. Barselona 1 xal ilə Real Madriddən irəlidə qərarlaşaraq İspaniya La Liqasının çempionu olub. Çempionatın ilk üçlüyünə Atletiko Madrid də daxil olub. “Barsa” İspaniya kubokunun qalibi də olub.


Higuain Fantastic Goles 2016 | Argentina vs Honduras 1-0 | All Highlights Goals | Friendly 28/5/2016

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın