Təyyarə qəzasına düşmüş Chapecoense komandası ilə yoldaşlıq görüşündə qarşı-qarşıya gələn Barcelona Futbol Klubunda 11 dəyişiklik edilsə də, Arda Turanın adı siyahıda yoxdur.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, kataloniyalıların 5-0 udduğu oyunda baş məşqçi Ernesto Valverde 11 oyunçu dəyişdirsə də, Arda Turanı meydançaya buraxmayıb.

Arda Turan və Duqlasdan başqa Barselonanın bütün oyunçuları Chapecoense ilə oyunda top qovublar. Valverdenin bu qərarı isə “Qarşıdakı mövsümdə Ardanı heyətdə düşünmür” fikrini gündəmə gətirib.

Avro 2008-də yarımfinala çıxmağı bacarmış Türkiyə yığmasının ulduz  futbolçsu 4 il Atletiko Maddriddəki oyunu ilə La Liganın ən yaxşı yarımmüdafiəçilərindən birinə çevrilmişdi. 30 milyon avroya Barselonaya transfer olunan Arda yeni komandasında öz sözünü deyə bilməyib. Transfer qadağasına görə 6 ay oyuna çıxa bilməyən türk Lionel Messi və Luis Suarez kimi superstarsların yanında ardıcıl tənqidlərlə yadda qalıb.

İndi Türkiyə mətbuatının yazdığına görə futbolçu professional karyerasına başladığı Qalatasaray komandasına qayıdacağı gözlənilir. İstanbul klubu onu illik 2,2 milyon avro qarşılığında icarəyə götürməyə çalışır.

Yeni mövsümdən qabaq ilk dəfə Nou Kamp stadionunda rəqib qarşısına çıxan “Barcelona” 2016-cı ilin noyabr ayında təyyarə qəzasında futbolçuları və texniki heyəti həlak olan “Chapecoense” ilə üz-üzə gəlib.

Alan Raşel və Helio Neto ilə qəzadan sağ qalan, ancaq sağ ayağını itirən qapıçı Cekson Folmann oyunun start fitini verib.

Komandanın kapitanı Raşel 36-cı dəqiqədə oyundan çıxaraq göz yaşlarını saxlaya bilməyib.

Mövsüm öncəsi baş məşqçi kimi çalışmağa başlayan Ernestonun komandasında Deulofeu, Busquets, Messi, Luis Suarez ve Denis Suarezin qolu ilə “Barcelona” 5-0 udub.


[HIGHLIGHTS] FC Barcelona – Chapecoense (5-0) Trofeu Gamper 2017/2018

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın