“Barselona” klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində Avropa Klublar Assosiasiyasının (ECA) versiyasına əsasən 2015-ci ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilib.

Messi “Yuventus”-un qapıçısı Canluidci Buffonu və əzəli rəqibi “Real Madrid”-in hücumçusu Kriştianu Ronaldonu qabaqlayıb. 2015-ci ildə argentinalı 5 kubok qazanıb. O, İspaniya Çempionu, İspaniya Kuboku, UEFA-nın Super Kubokunu, Çempionlar Liqasını və klublar arası Dünya Çempionatını qazanıb.

Avropanın ən yaxşı komandası “Barselona” seçilib. Belçika yığmasının baş məşqçisi Mark Vilmots ilin yaxşısı seçilib.

2015-ci ilin ən yaxşı futbol hakimi özbək Ravşan İrmatov olmuşdur.

Bir müddət əvvəl FIFA “Qızıl top” mükafatı uğrunda son 3 namizədin adını açıqlayıb. Namizədlər portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo, “Barselona” və Argentina millisinin lideri Lionel Messi və braziliyalı Neymardır. Mərasim 11 yanvarda İsveçrənin Surix şəhərində olacaq.

Madridin “Marca” nəşriyyatı da artıq Messini 2015-ci ilin ən yaxşı futbolçusu seçib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın