Barselona Deportivonun Qapısına 8 Cavabsız Qol Vurdu

Barselona ardıcıl olaraq 3 oyunda uduzmağının əvəzini Deportivodan çıxdı. İspaniya çempionatında 34-cü turun oyunları keçirilib. Çempionluq uğrunda mübarizə aparan klublar – Barselona, Atletiko Madrid və Real Madrid qələbə qazanıb.

İspaniya La Ligasında gecənin ən çox qollu qarşıdurması Deportivoda baş verib. Barselona səfərdə Deportivonu doğma azarkeşləri önündə darmadağın edib. Katalonlar 8 cavabsız top vurub. 8 qolun vurulduğu qarşılaşmada katalonların uruqvaylı ulduzu Luis Suarez 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


Deportivo de la Coruña – FC Barcelona: 0-8 (Goals & Highlights)

Bununla da Suares 21-ci əsrdə İspaniya çempionatında yeganə futbolçudur ki, bir oyunda 7 qolun vurulmasında iştirak edib.

Bu oyunda vurduğu 4 qolla Luis Suarez bir mövsümdə Barselona üçün qollarının sayını 49-a çatdırıb. O, braziliyalı əfsanə – sabiq futbolçu Ronaldonu qabaqlayıb. Braziliyalı 1996/97 mövsümündə bir mövsümə 47 dəfə fərqlənib.

Başqa bir qarşılaşmada isə səfərdə Atletik Bilbaonun qonağı olan Atletiko Madrid rəqibinə 1-0 hesabı ilə qalib gəlib.

Madrid Realı da öz meydanında Eybarı (3:0) darmadağın edib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir