Barak Obama yenə erməni soyqırımı yox, böyük fəlakət dedi

ABŞ prezidenti Barak Obama yenə də erməniləri sevindirmədi. Obama qondarma erməni soyqırımını hər il olduğu kimi “böyük fəlakət” adlandırıb və deyib ki, bu təkrar olunmamalıdır.

Prezidentin bu açıqlaması Böyük Britaniyaya səfəri ərəfəsində yayımlanıb. Bildirilir ki, Obama 24 aprel ərəfəsində ənənəvi açıqlamasında yenə də “soyqırım” sözünü işlətməyib.

Bununla da o, prezidentliyini bu iddiaları qabartmadan sonlandırmış olur. Barak Obama 2008-ci ildə prezident seçkiləri öncəsində ABŞ-ın Osmanlı İmperiyasında baş vermiş hadisələri “soyqırım” kimi adlandırmalı olduğunu və bunun üçün çalışacağını demişdi.

Erməni soyqırımı nədir?

“Erməni soyqırımı” – Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasında yaşayan ermənilərin kütləvi şəkildə öldürüldüyünü irəli sürən iddiadır. 1915-ci ildə artıq geniş miqyas almış erməni terror aktlarının qarşısını ala bilməyən Osmanlı hökuməti “Tahcir Kanunu” adlı qanun çıxarır. Bu qanuna əsasən, şərq bölgələrdə yaşayan ermənilər imperiyanın digər torpaqlarına – indiki Suriya və İraq ərazisinə köçürülməli idi. Eyni zamanda ermənilərə məxsus olan mülklər, torpaq sahələri və digər əmlakın dəyəri müəyyənləşdirilməli və təzminat şəklində sahiblərinə ödənməli idi. Həmçinin, dövlət daşınan əmlaklarının yeni yaşayış yerlərinə aparılması üçün ermənilərə imkan yaradır və vəsait ayırırdı. Köç etdirilən ermənilərin yolda qorunması üçün onlara mühafizə ayrılır, onları həkimlər də müşayət edirdi.

Köçürülmə ilə yanaşı İstanbulda və imperiyanın başqa böyük şəhərlərində erməni komitələrinin və başqa millətçi erməni təşkilatlarının rəhbərləri, eləcə də fəal üzvləri həbs olunur, onlardan bəziləri edam edildi. Həbslər 1915-ci il aprelin 24-də baş verir. Məhz bu günü ermənilər yalançı soyqırım günü hesab edir.

Türkiyə Respublikasının baş verən hadisələrin araşdırılması üçün bütün arxivlərin açılması və tarixçilərdən ibarət birgə komissiyanın qurulması təklifinini həm Ermənistan, həm də erməni diasporu qətiyyətlə rədd edir.

Bunun yerinə, iddiaya böyük miqdarda pullar xərclənir, çoxsaylı təşkilatlar, assosasiyalar, liqalar, fondlar və “elmi mərkəzlər” dünyaya yalan dolu “erməni soyqırımı” haqqında “həqiqəti” çatdırmaqla məşğuldur. Dünyanın müxtəlif yerlərində yaşayan ermənilər mütəmadi olaraq kitablar nəşr edir, konfranslar və dəyirmi masalar keçirir, filmlər çəkir və KİV-lərlə aktiv işləyirlər.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir