ABŞ prezidenti Barak Obama Ağ Evdə akkreditə olunmuş jurnalistlərlə ənənəvi şam yeməyində görüşüb. Obamanın builki çıxışı prezident seçkiləri ərəfəsində təşviqat kampaniyasının ən qızğın vaxtına düşüb. Bu isə Obamanın mövzu boşluğunu doldurub. Prezident şam yeməyində sərbəst şəkildə çıxış edərək başqa-başqa mövzularda zarafatlar edib.

Respublikaçıların əsas namizədi sayılan Donald Tramp qonaqların arasında olmayıb və Barak Obama ilk olaraq onunla bağlı danışıb.

“Bu, çox təəccüblüdür. Bu zal müxbirlərlə, kameralarla, məşhurlarla doludur və Tramp buna yox deyir? Bu nahar Tramp üçün çox diqqətçəkəndir? Görəsən, o, bura gəlmək əvəzinə nə edib? Yəqin Tramp evdə oturub, Twitter-də Angela Merkeli (Angela Merkel) təhqir edən twitlər paylaşır”.

Ölkə rəhbəri Donald Trampın (Donald Trump) namizədi olduğu Respublikaçılarla bağlı zarafatdan da qalmayıb. “Respublikaçılar partiyasının quruluşu o qədər şübhəlidir ki, onların ən real namizədi də adamda şübhə və şok yaradır. Onlar Donald Trampın prezident olmaq üçün xarici siyasət təcrübəsinin olmadığını deyirlər. Ədalət naminə demək lazımdır ki, o, bütün illərini dünya liderləri ilə görüşərək keçirib. Miss İsveç, Miss Argentina, Miss Azərbaycan”.

Xatırladaq ki, Donald Tramp həmin il müəlliflik hüquqları özünə məxsus olan Dünya Gözəllik yarışmasının (Miss Universe 2013) iştirakçıları ilə birlikdə azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun “In Another Life” mahnısının klipində çəkilmişdi.

Obamanın zarafatları prezidentliyə Demokrat namizədlərdən də yan keçməyib. O, Hillari Klinton (Hilary Clinton) və Berni Sanderslə (Bernie Sanders) bağlı fikirlərini də zarafatla bölüşüb.

“Baxın, dəfələrlə demişəm ki, Hillarinin sərtliyinə, onun ağlına, siyasətinə, təcrübəsinə heyranam. Amma etiraf etməliyik ki, Hillari gənc seçicilərlə yenicə Facebookda qeydiyyatdan keçən qohumları kimi davranır: “Əzizim Amerika, səni dürtmələdim, gördün? Səhifəndə görünür? Bəlkə nəyisə düz eləmədim”, və b.” – deyərək Ağ Ev administrasiyasının rəhbəri zarafatlar edib.

Obama, hətta, zarafatca Hillari Klintonu ABŞ-ın gələcək prezidenti də adlandırıb.

ABŞ prezidenti Barak Obama nitqinin sonunda çıxışını daha effektli etmək üçün maraqlı bir hərəkət edib. O, “mən son olaraq, bir neçə söz də deyəcəm – Obama gedir”, – deyərək, mikrofonu əlindən yerə atıb.

Demokrat namizədlərdən Berni Sanders, ABŞ-ın vitse-prezidenti Co Bayden (Joe Biden) və dövlət katibi Con Kerri (John Kerry) Obamanın zarafatlarına doyunca gülüb.


Barack Obama Attacks Donald Trump At White House Correspondents’ Dinner 2016

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın