Bakıda istirahət etmək istəyən rusların sayı artıb

Türkiyə, Misir kimi isti ölkələrdə istirahət imkanlarından məhrum olan rus turistlərin Azərbaycana marağı artıb. Artıq turoperatorlar da bunu etiraf edir. Türkiyə ilə ötən ilin noyabrında baş verən hərbi təyyarə insidenti, Misirdə isə sərnişin təyyarəsinin partladılmasından sonra ruslar ən çox istirahət etdikləri ölkələrdən məhrum olublar. Nəticədə turizm operatorları yeni istiqamətlər axtarışına çıxıblar.

ANS PRESS-in “Kommersant”a istinadla verdiyi məlumata görə, rusların Cənubi Qafqaz ölkələrində istirahətə marağı kəskin surətdə artıb. Yay aylarında bu istiqamətdə turizm paketlərinin satışı 50 faizə yaxın çoxalıb.

Rusların ən çox seçim etdikləri yer isə Abxaziyadır. Bu il ora getmək üçün yer bron edənlərin sayı 1,5 milyon civarındadır. Bu isə ötən ilkindən 20 faiz çoxdur. Turizm agentliklərindən verilən məlumata görə, Azərbaycana və Ermənistana tələb 3 dəfə artıb.

DaTravel.com” sərbəst bronlaşdırma xidmətinin icracı direktoru Vladislav Şevtsov deyir ki, erkən bronlaşdırmada lider Bişkekdir. “Biz Bakı və Tiflisə də artımı müaşhidə edirik. Yanvar-aprel ayları arasında bu istiqamətlərdə bilet satışı ötən illə müqayisədə 3 dəfə çoxdur”.

Ən çox üstünlük verilən ölkələr arasında Mərkəzi Asiya da var. Rusiya Federasiyası sakinləri bu il yay tətillərini daha çox Qırğızıstan, Özbəkistan və Tacikistanda keçirməyə üstünlük verəcəklər.

Abxaziyada təbiət mənzərəsi
Abxaziyada təbiət mənzərəsi

Rusların qeyd edilən istiqamətlərə meyl etməsi də səbəbsiz deyil. Belə ki, onlar Türkiyə və Misir sahillərini bu il Xəzər sahili ilə əvəz edəcəklər. Bunun müqabilində isə həm daha az vəsait ödəyəcək, həm də dillərinin anlaşıldığı ölkədə çətinlik çəkmədən istirahət edə biləcəklər.

Bakının gecə mənzərəsi
Bakının gecə mənzərəsi

Bir müddət öncə Rusiya turizm sənayesi ittifaqının vitse-prezidenti Yuri Barızkin də ruslar üçün isti mövsümün trendinin Qafqaz – Azərbaycan, Ermənistan və Gürcüstan olduğunu deyirdi. “İnsanlar elə də çox olmayan qiymətlərlə günəş, dağlar, dəniz, əcnəbi koloriti seçirlər. Bundan başqa onlarla bu ölkələrdə öz doğma rus dillərində danışılır”.

Tiflis - Gürcüstanın paytaxtı

Tiflis – Gürcüstanın paytaxtı

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir