Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü

Bu gün, iyulun 22-də Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb. Yarışların ilk günü gimnastların halqa və topla fərdi çıxışları, həmçinin beş lentlə qrup hərəkətləri üzrə təsnifat keçiriləcək.

Azərbaycanı yarışlarda Marina Durunda və Jalə Piriyeva, həmçinin Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Çelep və Ayşən Bayramovadan ibarət qrup hərəkətləri üzrə yığma təmsil edəcək.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparcaq. Dünya Kubokunun son günündə isə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü – fotolar: “Trend” İnformasiya Agentliyi

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir