“Azerbaijan Fashion Week” moda sərgisi bu ilin 23-27 may tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində təqdim edildi. Layihə rəhbəri Nicat Baxşəliyev deyir ki, hər il “Azerbaijan Fashion Week”də iştirak edən ölkələrin sayı artır. Onun sözlərinə görə, bunu yaratmaqda məqsəd Azərbaycan brendlərini xaricdə tanıtmaqdır: “Bununla yanaşı biz xarici dizaynerləri ölkəmizə çağırırıq. Onlar da öz kolleksiyalarını burada sərgiləyirlər”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Sputnik Azərbaycana istinadən məlumat verir ki, “Azerbaijan Fashion Week” (AFW) moda həftəsində dünyanın bir çox yerlərindən, eyni zamanda, Qazaxıstan, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Türkiyə və Fransadan qonaqlarımız qoşuldu. Hər il qoşulan xarici ölkələrin sayı artır.


Azerbaijan Fashion Week (1-ci Günü)


Azerbaijan Fashion Week (2-ci Günü)


Azerbaijan Fashion Week (2-cü Günü)

Bu il moda həftənin başlıca meydançaları Fairmont Baku Flame Towers oteli, Daş salnamə muzeyi, həmçinin İçərişəhər tarix-memarlıq qoruğunun ərazisi olub.

Gürcü dizayner Tinatin Maqalaşvili bildirib ki, Bakıya ikinci dəfədir ki, gəlir, ancaq ilk dəfədir moda həftəsinə qoşulur. Modelyerin bildirib ki, bir çox qazax dizaynerlərlə tanışdır, çünki onlarla dəfələrlə başqa-başqa layihələrdə görüşüb.

Bura mənə Batumini xatırladır və ona görə də, burada özümü yad kimi duymuram” – deyə Maqalaşvili bildirib. O qeyd edib ki, bakılılar çox zövqlə geyinirlər. Ona görə də kolleksiyasının şəhər əhalisinin ürəyincə olacağına əmindir.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın