“2016-cı ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu bağlantısının ən önəmli parçası olacaq.”

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğan deyib.

Prezident eyni zamanda bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq olar.

Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.

R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: “Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2% səviyyəsindədir”.

O, Türkiyənini qeyri-sabit regionda yerləşməsinə baxmayaraq ölkədə iqtisadi inkişaf tempinin 3-4% civarında olmasınını diqqətə çatdırıb.

“Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. O zaman bəziləri mənim sözlərimə ciddi yanaşmadı. Ancaq olanlar onu göstərdi ki, 2009-cu ildə çox az geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə çalışdılar. Buna baxmayaraq, böyük layihələrin reallaşması davam etdirildi”, – R.T.Ərdoğan deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın