Bakı şəhərində daha bir binanın qanunsuz tikintisi dayandırılıb

Bakının 5-ci mikrorayonunun sakinlərindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həyətlərində qanunsuz tikinti işlərinin başlanması ilə bağlı müraciət gəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report bununla bağlı komitəyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, müraciətə əsasən komitənin əməkdaşları şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirb, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynovun 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalası qazdığını müəyyən edib.

Araşdırma nəticəsində məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmyıb və Bakı Şəhər İcra Hakimiyyəti sözügedən ünvanda tikintiyə icazə verməyib. Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilmişdir. Belə ki, mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməyib.

Ölkə prezidentinin 24.11.2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nı rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinə 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli binaların arasında 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icrası məcburi olan “Göstəriş” göndərilib. Göndərilən sənədə görə, indi həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin öncəki durumuna qaytarılmasının təmin edilməsi ilə bağlı işlər görülməlidir. Eyni zamanda, məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir