Bakı Olimpiya Stadionu Dünyanın ən yaxşı layihəsi seçildi

Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğularından biri kimi beynəlxalq mükafatlar almaqda davam edir.

YALAN.info online xəbərlər saytı bildirir ki, Bakı Olimpiya Stadionu dünyanın ən möhtəşəm idman qurğularından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilmiş və dizayn edilmiş stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunmuşdur. Layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir.

Ötən il inşaat sahəsində böyük nüfuza malik “Engineering News Record” jurnalının (ENR) “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsində “İdman və əyləncə qurğuları” nominasiyasında qalib gəlmiş Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunmuşdur. Stadion bu ilin mart ayında Amerika Mühəndislik Şirkətləri Şurası (American Council of Engineering Companies – ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan olunmuşdur. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir.

Bakı Olimpiya Stadionu (BOS) bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş Thornton Tomasetti şirkətinin müraciəti əsasında iştirak etmişdir. Mükafatlar martın 19-da Nyu Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunmuşdur. Mərasimdə Bakı Olimpiya Stadionu layihəsi Thornton Tomasetti şirkəti tərəfindən təmsil edilmişdir.

Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə Bakı Olimpiya Stadionunun struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi təqdimatı keçirilmişdir.

Bakı 2015 Avropa Oyunlarının açılışı – Bakı Olimpiya Stadionu

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir