Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları 58 Ölkədə Yayımlanacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 6-da yarışın yayım hüququna dair əlavə müqavilələr imzalayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Əməliyyat Komitəsindən AZƏRTAC-a veriləm xəbərə görə, bununla da IV İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq. Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına IV İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.

“Bakı-2017”, həmçinin Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.

“Radio Televizionit Shqiptar” (RTSH) şirkəti ilə imzalanan anlaşma Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.

Müqavilələr bundan öncə Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində “Bakı-2017”ni yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan anlaşmaların fonunda yer alır.


Baku-2017 – 4th Islamic Solidarity Games

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir